Bazar ertəsi , Noyabr 16 2026
azfa

ABŞ İranın bayraqsız sanksiyalı tankerini ələ keçirdi- Video

GADTB: Aprelin 21-də Pentaqon ABŞ ordusunun sanksiya altında olan bayraqsız M/T Tifani adlı gəmiyə qarşı “dənizdə ələ keçirmə əməliyyatı” keçirdiyini açıqlayıb. Mühasirə ABŞ-nin Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) məsuliyyət zonasında baş verib. Pentaqon iddia edir ki, Tifani gəmisi İranın qaçaqmalçılıq fəaliyyəti ilə əlaqəlidir.

“Aydınlaşdırdığımız kimi, qanunsuz şəbəkələri pozmaq və İrana maddi dəstək verən sanksiyalı gəmiləri harada fəaliyyət göstərmələrindən asılı olmayaraq dayandırmaq üçün qlobal dənizçilik tədbirlərimizi davam etdirəcəyik”, – Pentaqon bildirib.

Qeyd olunur ki, INDOPACOM Hind və Sakit okean bölgəsinə cavabdeh olsa da, Fars körfəzi və Hörmüz boğazı CENTCOM-un yurisdiksiyasına daxildir və bu əməliyyat həmin bölgədən kənarda həyata keçirilib.

https://t.me/GADTB1/52275

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …