Çərşənbə , Sentyabr 16 2026
azfa

İran BƏƏ-nin molla rejiminə bağlı çətənin üzvlərini həbs etməsini pisləyib

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Birləşmiş Ərəb Əmirliklərinin bir qrup şəxsi saxlamasını “əsassız və uydurma bəhanələrlə” həyata keçirilmiş addım kimi qiymətləndirərək pisləyib. O bildirib ki, “bu cür ittihamlar və yönləndirmələr region ölkələri arasında etimadın formalaşmasına kömək etməyəcək”.

Məlumata görə, Bəqai çərşənbə axşamı – 1 ordibehişt tarixində BƏƏ hökumətini “insanların hüquq və ləyaqətinə hörmət etməyə”, “intiqam xarakterli davranışlardan çəkinməyə” və “yaxşı qonşuluq prinsipinə qayıtmağa” çağırıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri bir gün əvvəl İranla əlaqəli olduğunu iddia etdiyi terror şəbəkəsini ifşa etdiyini və üzvlərini “sabitliyi pozmaq planı” ittihamı ilə saxladığını açıqlayıb.

İran ilə BƏƏ arasında münasibətlər ötən ilin 9 esfənd tarixində ABŞ və İsrailin Tehrana qarşı başlatdığı müharibədən sonra ciddi şəkildə gərginləşib.

İran Körfəz ölkələrini ABŞ qüvvələrinə öz ərazilərindən hücumlar üçün istifadə etməyə icazə verməkdə ittiham edir və müharibə dövründə bu ölkələrdə yerləşən “ABŞ maraqları”na qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini bildirir.

Körfəz ölkələri isə bu ittihamları dəfələrlə rədd edib və hətta münaqişədən əvvəl də öz əraziləri və hava məkanlarının İrana qarşı istifadə olunmasına icazə verməyəcəklərini bəyan ediblər.

Həmin ölkələr son dövrlərdə İran və onun Livandakı müttəfiqi “Hizbullah”la əlaqəli olduqları iddia edilən şəbəkələrə qarşı tədbirləri daha da gücləndiriblər.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …