Çərşənbə , Fevral 11 2026
azfa

ABŞ-la Türkiyə arasında gərginlik çıxılmaza dirənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-la Türkiyə arasında S-400gərginliyi çıxılmaza dirənir.

Türkiyəli general İsmayıl Hakkı Pekin ABŞ-ın F-35-lərlə bağlı məktubu barədə danışarkən deyib ki, Türkiyə S-400-dən imtina edərsə, heç bir şeyin arxasında dura bilməz.

O, ABŞ-ın bu addımını “böyük tərbiyəsizlik” adlandırıb.

Pekin ABŞ-ın onsuz da “Patriot”ları verməyəcəyini söyləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan Türkiyə Milli Müdafiə naziri Hulusi Akara məktub ünvanlayıb. Məktubda F-35 proqramı ilə bağlı ABŞ-da təlim keçən türkiyəli pilotların geri qaytarılacağını bildirib.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın