Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

ABŞ-la yanaşı Avstraliya, Kanada və AB İrandakı etirazçılara dəstək verdi

GADTB: Trampın davamlı bəyanatından sonra Avstraliya, Kanada və Avropa Birliyinin xarici işlər nazirləri İrandakı etirazçılara dəstək bəyanatı yayıblar.

Bununla bağlı adı çəkilən ölkə və qurumun rəsmi xəbər agentliklərinə bildirilib.

Bəyanatda İran hökumətinin etirazçılara qarşı zorakılıqla basqın etməsi, özbaşına həbslər və hədə-qorxu tətbiq etməsi qəti şəkildə pislənilib, etirazçılara qarşı ölümcül güc tətbiqinə dərhal son qoyulması tələb olunub.

Avstraliya, Kanada və Avropa Birliyinin xarici işlər nazirləri, Sepah və “Bəsic” də daxil olmaqla təhlükəsizlik qüvvələrinin etirazların yatırılmasında və insanların öldürülməsindəki rolunu qeyd edərək, İran hökumətinin vətəndaşlarını qorumaq məsuliyyəti daşıdığını və qisas qorxusu olmadan ifadə azadlığına və dinc toplaşmalara zəmanət verməli olduğunu vurğulayıblar.

Tramp isə neçənci dəfə olaraq molla rejimə xəbərdarlıq edib ki, etirazçıları qətlə yetirməsin.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …