Bazar ertəsi , Noyabr 16 2026
azfa

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün hücumlarla bağlı əməliyyat planlarında “Bütün bombaların anası” adlandırılan, son dərəcə ağır GBU-43/B bombasından istifadə variantını da nəzərdən keçirib.

CNN-in məlumatına görə, Donald Tramp hərbi əməliyyatların bərpa olunması barədə göstəriş verəcəyi təqdirdə, bu planlar İranın enerji infrastrukturuna və nüvə obyektlərinə hücumları əhatə edə bilər.

CNN-ə danışan məlumatlı rəsmilər bildiriblər ki, bu qeyri-nüvə bombasından mümkün istifadə münaqişənin miqyasında əhəmiyyətli dərəcədə eskalasiya demək olacaq. Bununla belə, ABŞ hərbi planlaşdırıcıları arasında sözügedən bombanın Vaşinqtonun strateji məqsədlərinə çatmaq baxımından nə dərəcədə effektiv olacağı ilə bağlı hələ də suallar mövcuddur.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …