Cümə , Oktyabr 16 2026
azfa

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş olunacaq.

Əlimuradi bununla bağlı məlumat yayıb. Film Urmiya gölündə baş verən ekoloji problem və onun ətraf bölgədə yaşayan insanlar, xüsusən uçaqlara mənfi təsirlərindən bəhs edir.

Qeyd edək ki, “Gölün uşaqları” filmi indiyə bir neçə ölkədə, o cümlədən İtaliya və Finlandiyada da nümayiş etdirilib və 2014-cü ildə Finlandiya Film Festivalında ən yaxşı qısametrajlı film mükafatına laiq görülüb.

Həmçinin yoxlayın

Vaşinqton İslam Respublikasının neft maliyyə şəbəkəsinə yeni dağıdıcı zərbə vurdu: banklar, valyuta mübadiləsi şirkətləri və s. sanksiya tətbiq edildi

GADTB: ABŞ Maliyyə Nazirliyi yeni sanksiyalar mərhələsində İslam Respublikasının neft gəlirlərinin köçürülməsində iştirak etməkdə ittiham …

Tramp İrana yenidən hücum ehtimalından danışdı, lakin quru qoşunlarının göndərilməsini istisna etdi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə, xüsusilə Nətənz yaxınlığındakı yeraltı “Kuh Koləng Qəzla” …