Şənbə , Oktyabr 17 2026
azfa

ABŞ ordusunu vuran raketləri İrana Ermənistan verib

GADTB: İran Suriyada ABŞ hərbçilərinə qarşı istifadə etdiyi raketləri Ermənistandan alıb.

Bu barədə “İsrael-Alma” tədqiqat mərkəzi yazıb.

Mərkəz “Ermənistan İranın Suriya və Livana hava dəhlizinin tranziti rolunu oynayırmı?” adlı məqaləsində İran və Ermənistanın hərbi əməkdaşlığından yazıb.

Məqalədə qeyd olunur ki, İran və Ermənistan arasında əməkdaşlıq Suriyada, eləcə də Tehranın maraq dairəsində olan digər bölgələrdə həyata keçirilir.

 “Hələbdə erməni icması bu əməkdaşlıqda xüsusi rol oynayır. 2007-ci ildə İraqdakı ABŞ qoşunlarına qarşı istifadə olunan raketləri İrana Ermənistan verib. İran Qarabağ məsələsində də Ermənistanı dəstəkləyir”, – məqalədə bildirilir.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …