Çərşənbə axşamı , Dekabr 16 2025
azfa

ABŞ türk ölkəsi Qırğızıstanın milyonlarını geri qaytardı

ABŞ Qırğızıstana eks-prezident Kurmanbek Bakiyevin ABŞ-a apardığı 4,6 milyon dolları qaytarıb

Bu məlumatı Qırğızıstan Maliyyə Nazirliyi yayıb. Nazirlik ABŞ-la əldə edilən razılaşmaya əsasən, Bişkekin bu vəsaiti tibbi avandanlıqların alınmasına, həmçinin su təmizlənməsi üçün sistemin əldə edilməsinə xərcləməli olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-la Qırğızıstan arasında Bakiyevin aktivlərinin geri qaytarılması haqqında razılaşma cari ilin 25 fevralında imzalanıb.

Bakiyev 2010-cu ildə hakimiyyətdən devrilib. O, hazırda Belarusda yaşayır.

Həmçinin yoxlayın

İranda məhbuslar edama qarşı aclıq aksiyasına başladılar

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …

Urmiya Universitetində “Azərbaycan” sədası göylərə yüksəldi

GADTB: Urmiya Universitetində keçirilən “Çillə gecəsi” adlı xüsusi proqram zamanı mindən artıq tələbə “Azərbaycan” adını …

Bir cavab yazın