GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyanın şimal-şərqində bu gündən etibarən ABŞ və Türkiyə orduları birgə ilk yerüstü patrula başlayıblar.
Bu məlumatı Türkiyə Müdafiə Nazirliyi yayıb.
Patrul Türkiyə-Suriya sərhədindən başlayaraq 30 kilometr məsafədə təhlükəsizlik zonasının yaradılması planı çərçivəsində təşkil edilib. Türkiyə tərəfindən ərazidə 6 zirehli avtomobil cəlb edilib. Patrulun günortaya qədər davam edəcəyi və buraya döyüş helikopterlərinin də cəlb ediləcəyi vurğulanıb.