Şənbə , Oktyabr 17 2026
azfa

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan olan fəallar Azərbaycanın Tehrandakı səfirliyinin qarşısına Azərbaycan hökumətinə dəstək mesajı yazılmış əklil qoyublar.

Səfirliyin qarşısına qoyulan çələngin üzərində yazılmışdı:

“Biz Azərbaycanıq, hökumətimizin yanındayıq! Tehran.”

Bu aksiya azərbaycanlı fəallar tərəfindən bir müddət əvvəl Ərdəbildə molla rejiminin keçirdiyi “Çaldaran” adlı toplantıya cavab olaraq atılıb.

Bu simvolik addım həssas regional vəziyyətdə Güney Azərbaycan əhalisinin Şimali Azərbaycan hökumətinə və suverenliyinə həmrəylik və dəstəyin əlamətidir.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …