Bazar ertəsi , Noyabr 16 2026
azfa

ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satır

GADTB: ABŞ Türkiyəyə 700 milyon dollarlıq reaktiv mühərrik satışı ilə bağlı razılığa gəlib.

Bu barədə “Röyters” məlumat yayıb.

“Prezident Donald Tramp administrasiyası Konqresə Türkiyəyə 700 milyon dollardan çox dəyəri olan onlarla reaktiv mühərrik satmaq niyyəti barədə rəsmi olaraq məlumat verib.

Türkiyənin 2019-cu ildə əldə etdiyi Rusiya müdafiə sistemlərinə sahib olması ilə bağlı bəzi qanunvericilərin etirazlarına baxmayaraq, ABŞ administrasiyası satışı davam etdirməyi planlaşdırdığını bildirib.

Satış gələn ay Türkiyədə keçiriləcək NATO sammitindən əvvəl Ankaraya və Trampın əsas müttəfiqi hesab etdiyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı mühüm bir jestdir.

Konqresin satışın qarşısını almaq istədiyi təqdirdə birgə narazılıq qətnaməsi təqdim etmək üçün 15 günü var. Belə bir qətnamə hər iki palatada qəbul edilməlidir və Tramp tərəfindən veto qoyula bilər”, – məlumatda bildirilib.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …