Bazar , Noyabr 29 2026
azfa

ABŞ körfəzdəki bazalarının bir hissəsini İsrailə köçürməyi nəzərdən keçirir

GADTB: “Wall Street Journal” qəzetinin yaydığı məlumata görə, ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrinin yerləşdirilməsini yenidən qiymətləndirir və körfəz ölkələrində yerləşən bazalarının və əməliyyatlarının bir hissəsini İsrailə köçürmək imkanını nəzərdən keçirir.

Məlumata əsasən, peyk görüntüləri göstərir ki, Bəhreyndə yerləşən ABŞ-ın mühüm hərbi-dəniz bazasına İran İslam Respublikasının hücumları nəticəsində dəyən zərər Vaşinqtonun indiyədək ictimaiyyətə açıqladığından xeyli böyük olub.

“Wall Street Journal” yazır ki, ABŞ bir tərəfdən Bəhreyndəki bazasını yenidən qurmağı, digər tərəfdən isə Küveyt və Səudiyyə Ərəbistanındakı hərbi mövcudluğunu azaltmağı nəzərdən keçirir. Bu addım ABŞ-ın bazalarının və əməliyyatlarının bir hissəsinin regionun qərb hissəsinə köçürülməsinə səbəb ola bilər. Məqsəd onları İranın raket və pilotsuz uçuş aparatlarının birbaşa təsir dairəsindən daha uzaq yerləşdirməkdir.

Qəzetin yazdığına görə, məsələ ilə tanış olan iki rəsmi şəxs bildirib ki, ABŞ-ın bazalarının və əməliyyatlarının bir hissəsinin köçürülməsi üçün nəzərdən keçirilən variantlardan biri də İsraildir.

Həmçinin yoxlayın

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …

Azərbaycanın Kürdüstan vilayətinə birləşdirilmiş bölgələrində tarixi türk adlarının dəyişdirilməsi və saxtalaşdırılması cəhdlərinə etiraz

GADTB: İrqçi fars-molla rejiminin yaşıl işığı ilə bölgəyə köçmüş kürdlər tərəfindən həmin rejimin Kürdüstan vilayətinə …