Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Qədim türk yurdu Krım üzərində mübarizə kəskinləşir

GADTB: Qədim türk yurdu Krım üzərində mübarizə kəskinləşir. Ukrayna ordusu Krımın azad olunması əməliyyatına hazırlığa başlayır. 2022-ci ildə bəri Qılburun dilinə nəzarət edən ruslar oradan qaçmağa başlayıblar.

Nikolayev vilayətində yerləşən Qılburun dili 2022-ci ilin mart ayında Xerson istiqamətində irəliləyən ruslar tərəfindən işğal olunub. Son həftələr ərzində USQ o ərazidə logistikanı intensiv sıradan çıxarırdı və nəticə etibarı ilə ruslar Qılburun dilini tərk etməyə başlayırlar.

Məlumata görə, artıq Krım və Sevastopolda fövqəladə vəziyyət elan olunub.

Bunu Krımın rəhbəri Sergey Aksenov Teleqram kanalında yazıb.

“Sevastopol şəhərinin qubernatoru Mixail Razvojayevlə birgə Krım və Sevastopol şəhərində regional səviyyədə fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanların imzalanması barədə qərar qəbul edilib” , — o bildirib.

Qeyd edək ki, regionda bir müddətdir yanacaq böhranı yaşanır. Ukrayna tərəfi Rusiyanın Krım və Sevastopolu yanacaqla təmin etməsinə imkan vermir. Regiona gedən bütün yanacaq təminatı Ukrayna dronlarının hücumuna məruz qalır.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …