Şənbə , Aprel 25 2026
azfa

İran İslamabad danışıqlarının heç bir nəticə vermədiyini deyir

GADTB: İranın “Tasnim” agentliyinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib “İslamabad danışıqları heç bir nəticə vermədi, lakin diplomatiya davam edir”.

“Bəzi məsələlərdə razılığa gəldik. Lakin 2-3 vacib məsələdə fikir ayrılıqları oldu və nəticədə danışıqlarda razılıq əldə olunmadı”, – XİN sözçüsü əlavə edib.

Bəqai onu da bildirib ki, bu danışıqlar mərhələsi son bir ildə ən uzun müddətdir ki, ümumilikdə 24 və ya 25 saat davam edib.

XİN sözçüsünə görə danışıqlar çətin 40 günlük müharibədən sonra, inamsızlıq və şübhə mühitində baş tutub. Buna görə də o, bu danışıqların tək bir dəfədə başa çatmasının gözlənilmədiyini bildirib.

Həmçinin yoxlayın

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

İran–ABŞ danışıqlarının yenidən başlanması ehtimal edilir

GADTB: “Reuters” agentliyi üç pakistanlı mənbəyə istinadən İran və ABŞ arasında sülh danışıqlarının yaxın zamanda …