Çərşənbə , Fevral 11 2026
azfa

ABŞ Yaxın Şərq ölkələrinə İranla bağlı kəşfiyyat informasiyası verəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk iyunun 19-da Yaxın Şərq turnesinə çıxır. O, İranı müzakirə edəcək və Tehran tərəfindən təhdidlərlə bağlı yeni kəşfiyyat informasiyasını region ölkələrinə verəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Departamentinin çərşənbə günü yayılmış xəbərində deyilir.

“O, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman və Bəhreyndə ikitərəfli görüşlər keçirəcək. Xüsusi nümayəndə Oman körfəzində bu yaxınlarda iki neft tankerinə hücumlar da daxil olmaqla, regionda İranın təcavüzünü müzakirə edəcək”, – sənəddə deyilir.

Qeyd edilir ki, bundan sonra Huk Avropaya yollanacaq, Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarları ilə Parisdə görüş keçirəcək. Bu görüşün mövzusu da İran olacaq.

Qeyd edək ki, iyunun 13-də Oman körfəzində iki tankerə hücüm edilmişdi. ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və İsrail hücumlara görə İranı ittiham edib. Tehran ittihamları rədd edib.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın