Bazar , Dekabr 29 2024
azfa

Aclıq aksiyası keçirən Murtəza Pərvinin sağlıq durumu ağırlaşıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Evin zindanında həbsdə saxlanılan azərbaycanlı sənətçi və milli fəal Mürtəza Pərvinin qardaşı Müctəba Pərvin videomüraciətində qardaşının vəziyyətinin pisləşdiyini bildirib.

O, Mürtəzanın qan təzyiqinin kəskin düşməsi və anesteziya səbəbi ilə xəstəxanaya köçürülməsi barədə məlumat verib.

Mürtəza Pərvin qanunsuz həbsinə   və həbsinin ədalətsiz prosesinə etiraz olaraq səkkiz gün əvvəldən aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, irqçi fars-molla rejimi Ərdəbildə azərbaycanlı fəal Murtəza Pərvini həbs etməyə cəhd etmişdi. Bu məqsədlə molla rejiminin məmurları oktyabrın 27-də Ərdəbildə heç bir məhkəmə qərarı olmadan azərbaycanlı milli fəal Mürtəza Pərvinin ata evinə hücum edib və axtarış aparmışdılar.

Azərbaycanlı fəal özü evdə olmadığına üçün məmurlar fəala məxsus şəxsi əşyaları, o cümlədən kompüter və onun kitablarını müasdirə edərək, özləri ilə aparıblar.

İrqçi fars-molla rejimin Ərdəbildəki ETTELAAT məmurları ondan neçə gün öncə Ərdəbildə azərbaycanlı milli fəal Murtəza Pərvinə zəng edərək onun ETTELAAT İdarəsinə çağırmışdılar.

Lakin Murtəza Pərvin bunun qanunsuz olduğunu və məhkəmə tərəfindən rəsmi çağırış göndərilmədiyini tələb edərək, ETTELAAT İdarəsinə getməkdən imtina edib.

Azərbaycanlı fəal bundan öncə də dəfələrlə təzyiqlərə məruz qalmışdı. O, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz aksiyasında iştirak etdiyinə görə, Ərdəbilin Ciral parkında yaxalanmışdı.

Həmçinin yoxlayın

Güney Azərbaycanın müxtəlif şəhərlərində Qaşqay türklərinə dəstək şüarı yazılmış vərəqələr paylanılıb

GADTB: Azərbaycan Milli Hərəkatının fəalları eyni vaxtda Təbriz, Tehran, Urmu, Ərdəbil, Zənqan, Kərəc, Qəzvin, Ərak …

Molla rejimi hicab bəhanəsi ilə güllələdiyi Arzu Bədri iflic edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsid …