Cümə , İyun 20 2025
azfa

“Adidas” şirkəti Güney Azərbaycanın “Traxtur” klubunun sponsoru oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məşhur idman brendi “Adidas” şirkəti Güney Azərbaycanın “Traxtur” futbol komandasının sponsoru olub.

Bununla bağlı avqustun 13-də Təbrizin Purşərifi zalında keçirilən tədbirdə “Traxtur” klubu komandanın yeni köynəyi, loqosu və oyunçuların nömrəsini təqdim edib.

Keçirilən mərasimdə təxminən 10 min “Traxtur” tərəfdarı həmçinin klubun sahibi Məhəmmədrza Zenuzi və atası, baş məşqçisi Mustafa Dənizli və klubun digər məsulları da qatılıb.

 “Traxtur”un növbəti super liqa yarışlarındakı köynəyi 5 oyunçu – Məsud Şocayi, Əşkan Dejaqe, Ehsan Hacısəfi, Rza Əsədi və Məhəmmədrza Azadi tərəfindən təqdim olunub. Sonra isə komanda oyunçuları “Adidas” şirkəti tərəfindən hazırlanan köynəklə “Traxtur” tərəfdarlarının qarşısına çıxıblar. Komanda tərəfdarları bu cəhətdən klub sahibinə öz təşəkkürlərini bildiriblər.

Həmçinin yoxlayın

İsrail Sefidrood Sənaye Parkını vurub-Video

GADTB: İsrail Rəştin Sefidrood Sənaye Parkında, Kəleş Taleşan kəndi yaxınlığında İslam Respublikasının döyüş maşınına bağlı …

Tehranın Evin zindanında siyasi məhbuslara qarşı təzyiqlər davam edir

GADTB: Son günlər Evin həbsxanasının təhlükəsizlik qüvvələri 209-cu bölmədəki bütün məhbusları öz kameralarına salıb, onların …

Bir cavab yazın