“Akıncı Prototip 2” pilotsuz uçan aparatı testdən uğurlu çıxdı

“Akıncı Prototip 2” pilotsuz uçan aparatı (PUA) “İnkişaf etmiş sistem təyinetməsi testi”ni müvəffəqiyyətlə icra etdi. “Baykar”ın “twitter” hesabından paylaşmada bu barədə məlumat yazılıb

“Baykar”ın “twitter” hesabından paylaşmada yazılır: “Bayraktar #AKINCI TİHA uçmağa davam edir. 13 martda #AKINCI PT-2 ilə “İnkişaf etmiş sistem təyinetməsi testi”ni müvəffəqiyyətlə tamamladıq. Uğurlu olan hər test #AKINCI-nı yeni vəzifələrə daha bir addım yaxınlaşdırır. Səmalarımızda azad və hürrük”.

“Baykar”ın texniki direktoru Səlcuq Bayraqdar isə “twitter” hesabından “Akıncı PT-2”nin yeni test video-görüntülərini: “Yeni bir səhər… Yenə bir test uçuşu… #AKINCI PT-2. O bəlkə öyrəşdi, amma bizdə həyəcan, adrenalin, stress hələ də ilk günkü kimidir… Səmalarımızda hürr və azad…” sözlərini #MilliTeknolojiHamlesi” haştağı ilə paylaşıb.

Həmçinin yoxlayın

BMT: “İran hökuməti qadınları, milli azlıqları və müxalifəti sıxışdırmağa davam edir”

GADTB: Dünən BMT-nin Faktaraşdırıcı Komitəsini hesabatında bildirib ki, İran rəsmiləri ölkədə sistemli şəkildə insan hüquqlarını …

Güney Azərbaycanda 3000 illik tarixi kitabə dağılmaq üzrədir

GADTB: Güney Azərbaycanın Əhər bölgəsinin Şüşə kəndində 3000 illik tarixi kitabə İranın Mədəni İrs İdarəsinin …