Bazar ertəsi , May 25 2026
azfa

Albanların quzey-batı qolu olan buntürklər

GADYB: Gürcü mənbələri Borçalı ərazisindəki ən qədim etnos kimi buntürklərin adını çəkir.  «Moksevay Kartlisay» (Kartlinin dönməsi, dinə gəlməsi) əsərində buntürklərin adı miladdan öncə IV əsrdə Makedoniyalı İsgəndərin yürüşü ilə bağlı çəkilir.

«İsgəndər Lot törəmələrini yarımqaranlıq diyara sıxışdırarkən ilk dəfə Kür çayı boyunca dörd şəhərdə – Sarkine, Kaspi, Urbnisi, Odzraxe yaşayan çılğın BUNTÜRK tayfalarını gördü. Onların ən böyük qalası Sarkine idi».

Mənbə burada buntürkləri, gürcü mənbələrində «ievusey» adlandırılan, miladdan əvvəl VII əsrdə Ön Asiyaya yürüş etmiş işquzların (İç Oğuzların) törəmələri hesab edir.

«Buntürklərə dov gələ bilməyən hökmdar uzaqlaşıb getdi. Bu zaman haldeylərdən ayrılan döyüşkən HONLAR gəldilər və buntürk başbuğundan xerki adlanan vergi ödəmək qarşılığında məskunlaşmağa yer istədilər. Başbuğ onlara Zanavada yurd salmağa icazə verdi. Xeyli vaxtdan sonra geri qayıdan İsgəndər buntürklərin üç şəhərini tutub dağıtdı, Sarkineni isə yalnız üç aylıq mühasirədən sonra çətinliklə ələ keçirdi… Buntürklər qayalarda açdıqları lağımla mühasirədən çıxıb Şərqə çəkildilər…

«Buntürk» etnoniminin S.Əliyarov «ayrı düşmüş, bunalmış türklər», M.Seyidov «Türk tayfası», E.S.Takayşvili «nizəli türklər», İ.V.Abuladze «oturaq türklər», M.Brosse «əsl, yerli türklər» mənası verdiyini yazmışlar.  Başqa bir gürcü tarixçisi Z.V.Ançabadze, eradan əvvəl VI yüzillikdən indiki Borçalı ərazisində yaşayan buntürkləri «qara bulqarlar» hesab edir.

Kərəm Məmmədli,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Tramp: İranla danışıqlar yaxşı irəliləyir, İran İbrahim Razılaşmalarına qoşulacaq

GADTB: Donald Trump İranla aparılan danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib və mümkün razılaşmanın region …

Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə (Səhər) vəfat edib

GADTB: Azərbaycanın tanınmış şairəsi Həmidə Rəiszadə 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə …