Çərşənbə , Oktyabr 28 2026
azfa

Almaniya Tehran görüşündə Türkiyənin haqlı mövqeyini dəstəklədiyini bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniya Xarici İşlər naziri Hayko Maas Çavuşoğlu ilə görüşündə deyib ki, Tehran sammitində Türkiyəni dəstəkləyirik.

“İdlibdən qaçanlara kömək etmək lazımdır. Necə yardım edəcəyimizi danışdıq. Türkiyə bu məsələdə mühüm tərəfdaşımızdır”, – Maas qeyd edib.

O, NATO, ATƏT və Avropa Şurası kimi bir çox platformada Türkiyə ilə ortaq olduqlarını bildirib:

“Münasibətlərimizin konstruktiv olmasında strateji mənfəətimiz var. Türkiyə və Almaniya arasında son illərdə təbii ki, bəzi yanlış anlaşmalar olub. Səfərimdə bu məsələləri də müzakirə etdik”.

Həmçinin yoxlayın

Ermənistan parlamenti ABŞ-la TRIPP layihəsi üzrə sazişi təsdiqləyib

GADTB: Ermənistan parlamenti “Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq …

Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədim Evin zindanının 209-cu bölməsinə köçürülüb

GADTB: Azərbaycanlı milli hərəkat fəalı Əbdüləziz Əzimi Qədimə qarşı təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinin davam …

Bir cavab yazın