Çərşənbə , Oktyabr 21 2026
azfa

Amerika Ermənistandan Azərbaycan ərazilərinə basdırdığı minaların xəritələrini verməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi üçün bütün xəritələri təhvil vermək lazımdır.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker deyib.

Azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonunda minaya düşərək həlak olması barədə F.Riker bu hadisəni faciə adlandırıb:

“İnsanların mina partlaması nəticəsində həyatını itirməsi faciədir. Hesab edirik ki, bütün xəritələri təhvil vermək lazımdır. Biz ərazilərin minalardan təmizlənməsi prosesində texniki yardım göstərə bilərik”.

F.Riker Ermənistanla Azərbaycan sərhədində baş vermiş son hadisələrdən narahatlığını bildirib:

“Biz tərəfləri məsələni tez bir zamanda dinc yolla həll etməyə çağırırıq. Tərəflər ATƏT Minsk qrupunun sədrliyi ilə substantiv danışıqları bərpa etməlidir”.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …