Cümə axşamı , Sentyabr 24 2026
azfa

Türkiyənin PUA-ları Almaniya və Yunanıstan mediasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyada dərc olunan “Die Welt” qəzeti və Yunanıstan mətbuatı Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatlarının (PUA) uğurunu vurğulayıb.

“Die Welt” qəzeti “Türkiyənin PUA-ları ixracda necə rəğbət qazanır” başlıqlı xəbərində Türkiyənin PUA-larına diqqət yetirib.

Xəbərdə NATO üzvü Polşanın 24 Türk PUA-sı sifarişi verdiyi xatırladılıb.

Türkiyənin PUA-larının yüksək texnologiya ilə təchiz olunduğunu vurğulayan qəzet “Amerika Birləşmiş Ştatları və İsrailin yerini Türkiyə tutur” deyib və daha çox ölkənin “Bayraktar TB2” almaq istədiyini vurğulayıb.

Yunanıstan mətbuatı da sahəsində ən yaxşılar arasındakı “Bayraktar TB2” ilə Türkiyənin özünü İraq, Suriya və Qarabağın şimalında sübut etdiyini vurğulayıb və Türkiyənin öz sərhədlərində də daha güclü hala gəldiyinə işarə edib.

Yunanıstandakı bir xəbər saytı isə “Nə üçün Türkiyənin PUA-ları bu qədər satır” başlığı ilə mövzunu qiymətləndirib.

Xəbərdə Türk PUA-larının sınaqdan keçirildikləri və istifadə olunduqları yerlərdə maksimum bal toqladıqları vurğulanıb.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …