Bazar , Dekabr 29 2024
azfa

Amnesty International: “Kimyəvi hücumların məqsədi məcburi hicaba etiraz edən qızları cəzalandırmaqdır”

Beynəlxalq Əfv Təşkilatı İranda məktəblərə kimyəvi hücumlarla bağlı təcili tədbir görülməsini tələb edərək, bununla bağlı müstəqil beynəlxalq təhqiqatın aparılmasına çağırış edib.

Bu barədə beynəlxalq təşkilatın yaydığı bəyanatda bildirilib.

Təşkilat habelə xəbərdarlıq edib ki, zəhərlənmələr fonunda İranda milyonlarla məktəbli qızın təhsil, sağlamlıq və başqa həyati hüquqları təhlükə altındadır.

Bəyanatda Tehran hakimiyyətinin zəhərlənmə hallarının araşdırılması yönündəki səyləri yetərsiz hesab edilib və hakimiyyət məsələnin mahiyyətini təhrif etməkdə ittiham edilib./ Azad İran

Həmçinin yoxlayın

İran hökuməti mollalarla birlikdə türklər əleyhinə fəaliyyətlərindən geri qalmır

GADTB: ISNA xəbər verib ki, bu gün İran hökuməti Ərdəbildə din xadimləri və məddahların iştirakı …

Molla rejimi azərbaycanlı körpəyə Turhan adına görə 5 aydır doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı körpəyə Turhan adına görə …