Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı vəkil Sina Yusifiyə həbs və maliyyə sanksiyası tətbiq edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyaləti Hüquqşünaslarının İnsan Haqları Komissiyasının sədr müavini, hüquqşünas Sina Yusifi Təbriz şəhərində rejimin 2-ci Cinayət Məhkəməsinin 112-ci şöbəsi tərəfindən “kiberməkanda yalan məlumatlar yaymaq” ittihamı ilə 91 gün həbs və 150 milyon rial cərimə cəzasına məhkum edilib.

Rejimin Təbrizdəki Cinayət Məhkəməsinin hakimi Məhəmməd Əli Piri Təbrizdə son etiraz aksiyaları zamanı həbs olunanlar haqda məlumatları yaymağın “kiberməkanda yalan məlumatlar yaymaq” ittihamının bariz nümunəsi olduğunu bildirib və bu hökmü çıxarıb.

Qeyd edək ki, Güney azərbaycanlı hüquqşünas bir müddət öncə də İnqilab Məhkəməsi tərəfindən “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 ay həbs, 2 il ölkədən çıxış qadağası və elektron cihazların müsadirəsi ilə cəzalandırılıblar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …