Çərşənbə , İyul 16 2025
azfa

Antitürk kürd vali Azərbaycan büdcəsini kürdlərə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim tərəfindən Azərbaycanın Kürdüstanlaşdırılması məqsədilə Qərbi Azərbaycana təyin edilən kürd vali Şəhriyarı Azərbaycan büdcəsini kürdlərə verdi.

Bu məqsədlə bu gün Antiazərbaycan Şəhriyarı sərhəd məntəqəsində yaşayan 75 min kürd ailəsinin hər birinə 400 min tümən verdi.

Antitürk vali Qərbi Azərbaycan büdcəsindən islan inqilabının ildönümündə də həmin kürd ailələrinə həmin miqdarda Azərbaycan büdcəsindən pul ödəmişdir.

Beləliklə, Şəhriyarı son iki ayda Azərbaycanın büdcəsindən 60 milyard tümən sərhəddə yaşayan kürdlərə verib. Halbuki, həmin miqdarda vəsaitlə çox faydalı layihəni həyata keçirmək olardı.

Qeyd edək ki, Antiazərbaycan kürd vali bundan öncə də Azərbaycanın büdcəsini kürd komandaların, Kermanşahda zəlzələdə evləri dağılan ailələri çoxsaylı evlər tikmək və s. belə layihələrə xərcləmişdir.

Həmçinin yoxlayın

“Traxtur” klubu özbək futboolçunu qəbul edir

GADTB Güney Azərbaycanın “Traxtur” Klubu Özbəkistan millisinin yarımmüdafiəçisi Odil Həmrabekovu komandaya cəlb etmək istəyir. Özbəkistan …

İranla razılıq əldə olunmasa, “tətik mexanizmi” işə salınacaq

GADTB: Fransanın xarici işlər naziri Jan-Noel Barrot avqustun sonunadək İranla nüvə proqramı üzrə razılıq əldə …

Bir cavab yazın