Cümə axşamı , May 14 2026
azfa

admin

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçiriblər- Video

Güney Azərbaycanın Urmiya şəhərində bir qrup ictimai nəqliyyat vasitələrinin sürücüləri şəhər bələdiyyəsi binasının önündə etiraz aksiyası keçiriblər. Sürücülər etiraz əlaməti olaraq işi dayandırıb və şirkətdən maşınlarının sənədlərini geri götürüblər. Bu addım bilet qiymətlərindəki fərqin sürücülərə ödətdirilməsi ilə bağlı bələdiyyənin heç bir açıqlama verməməsindən sonra atılıb.

Ətraflı oxu »

İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Əfşar Mühibb vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Əfşar Mühibb nəhayət vəsiqə qarşılığında zaminə buraxılıb Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəal Əfşar Mühibb 19 yanvar axşam saatlarında 50 milyon tümən girov qarşılığında zaminə buraxılıb. Qeyd edək ki, azərbaycanlı fəal yanvarın 2-də ailəsi ilə telefon dənışığında …

Ətraflı oxu »

GADTB başqanı sayın Əjdər Tağızadənin Türk Hareketi TV-də “Qazaxıstan, 20 Yanvar faciəsi və …” movzularda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Türk Hareketi TV-nin “Güney Azərbaycanda nələr oluyor” silsilə proqramında Qazaxıstan olayları, 20 Yanvar faciəsi və s. məsələlərdən danışmışdır. Sayın Əjdər bəy Tağızadə rusların qazax türklərinin hərəkatını Qazaxıstanda silahla vəhşicəsinə yatırması, türkə qarşı …

Ətraflı oxu »

20 Yanvar faciəsindən 32 il ötdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının …

Ətraflı oxu »

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bilirişi

GADTB: 20 Yanvar faciəsi müasir dövrdə Azərbaycan tarixinə ümummilli hüzn günü kimi düşsə də, əslində müstəqilliyi və azadlığı uğrunda ayağa qalxmış Azərbaycan Türk Millətinin müstəmləkəçi imperiya ordusu qarşısında misilsiz qəhrəmanlıq günü kimi tarixə düşmüşdür. 20 Yanvar faciəsində rusların Azərbaycanımızın quzeyində müstəqilliyə can atan Azərbaycan Türk Millətinə divan tutduğu kimsəyə sirr …

Ətraflı oxu »

İranın Ermənistanı özünə “əhəmiyyətli” qonşu kimi göstərmək üçün dəridən-qabıqdan çıxması davam edir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Şərqi Azərbaycan vilayətinə rejimin təyin etdiyi vali də daxil olmaqla İran rəsmilərinin Ermənistanla münasibətləri genişləndirmək üçün dəridən-qabıqdan çıxma kampaniyası davam edir. Bu dəfə Sepah terrorçusu olan vali Abidin Xürrəmin iştirakı ilə İranın ixracının artırılması və bölgənin bazarlarına çıxış əldə etməsi mövzularını …

Ətraflı oxu »

Gürcüləşmiş albanlar

GADTB: Çolak Albaniyanın knyaz nəslidir. Həmin knyazlıqların əhalisi gürcü deyildi. İndikilərdən fərqli olaraq köh­nə nəsil erməni və gürcü tarixçiləri bunu etiraf edirlər. Yazırlar ki, Gürcüs­ta­nın Ana kənd­lərinin əhalisi Albaniyadan gəlmədir (Адонц 1908, 56-57, 420; Орбели 1911. 6). Baqrationlar Kaxetini XI əsrdən sonra gürcülənşdirməyə başladılar. XIX əsrdə yaşamış arxeoloq və tarixçi …

Ətraflı oxu »

Türk ölkəsi Özbəkistan “Laçın” PUA-larının istehsalına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk ölkəsi Özbəkistanda yerli pilotsuz uçuş aparatları istehsal olunacaq. Bu barədə Özbəkistan Müdafiə Sənayesi Dövlət Komitəsi açıqlama yayıb. Bildirilir ki, komitənin tərkibindəki Pilotsuz Uçuş Sistemləri Elmi-İstehsalat Mərkəzində “Laçın” adı ilə pilotsuz uçuş aparatlarının istehsalına başlanılıb. Yerli istehsal olan PUA-lar həm hərbi, həm də …

Ətraflı oxu »

Baxımsızlıq üzündən Məşrutə rəhbəri Baqir xanın evi narkomanların sığınacaq yerinə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Azəırbaycana və onun milli qəhrəmanlarına ayrıseçkilik siyasəti nəticəsində Məşrutə hərəkatının qəhrəmanı və Səttarxanın silahdaşı Baqir xanın evi narkomanların sığınacaq yerinə çevrilib. Tarixi evin bərpası ilə bağlı uzun müddətdir davam edən müraciətlər cavabsız qalıb və bununla əlaqədar verilən vədlər də yerinə yetirilməyib. …

Ətraflı oxu »

İranın erməni sevgisi; “Hayqaşen” şəhərciyi- Tehranın ermənilərə “xüsusi qayğısının” bariz nümunəsi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranda erməni katoliklərinin Royan şəhərində yerləşən “Hayqaşen” adlı düşərgəsi var və təxminən yarım əsr öncə salınıb: bura erməni katoliklərinə ev sahibliyi edən bölgənin müasir tarixinə çevrilmiş xüsusi istirahət-təhsil kompleksidir. Telegram kanalının məlumatına görə, “İRNA” ajansı xəbər verib ki, Mazandaran əyalətinin Nur …

Ətraflı oxu »