GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Raketlərdən ikisi Reyhanlının Rıfat Bahadırlı prospektindəki bir evə və Cümhuriyyət prospektindəki bir iş yerinə düşüb.
Ətraflı oxu »Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsində 50 faizlik paya malik olacaq
Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsinin icrasına 500 milyon dollarlıq investisiya qoymaqla, bu layihədə 50 faizlik paya malik olacaq. Bu sözləri İran adlanan ölkənin yol və şəhərsalma nazirinin müavini Əsğər Fəxriyə Kaşan deyib.
Ətraflı oxu »Təbrizdə 22-ci “Aşıqlar Musuqisi” konfransı keçiriləcək
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sabah yanvar ayının 22-də Təbrizdə aşıq ədəbiyyatı, şeiri və musiqisi ilə bağlı “22-ci Aşıqlar Musuqisi” konfransı keçiriləcək.
Ətraflı oxu »Türkiyə Afrində quru əməliyyatına başlayıb
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azad Suriya Ordusunun qüvvələri Afrində terrorçu PKK-PYD qruplaşmasının nəzarətində olan bölgəyə daxil olub.
Ətraflı oxu »Kürd terrorçuların Afrində Türkiyəyə qarşı təxribatı və yalan iddiaları
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu PKK və PYD təşkilatları Afrinlə bağlı Türkiyəyə qarşı yalan təbliğata başlayıblar. Kürd terrorçuları 2016-cı il Küveytdə yanğın hadisəsinin filmini yayıb, bunu Türkiyənin Afrində Türkiyənin guya mülki əhaliyə qarşı hücumu kimi təqdim ediblər.
Ətraflı oxu »Afrin əməliyyatından sonra Menbiç əməliyyatı başlayacaq
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Afrin əməliyyatına faktiki olaraq başlayıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kütahyada öz tərəfdarları qarşısında çıxışı zamanı açıqlama verib.
Ətraflı oxu »Xəzərin hüquqi status ilə bağlı gələn ay görüş olacaq
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbulu ilə bağlı Qazaxıstanda keçiriləcək sammitin tarixi bu ölkə tərəfindən irəli sürülməli, tarix digər Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır”. Bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquq statusuna dair işçi qrupunun üzvü Xələf Xələfov deyib.
Ətraflı oxu »Azərbaycanlı fəal Cavad Şəfaətini rejimin təhlükəsizlik qüvvələri hədələyib
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Cavad Şəfaəti İran adlanan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib. 1918-ci il yanvar ayının 17-dən başlayaraq zəng edən məmurlar telefon danışığında fəalın ünvanına təhqiramiz və əxlaqsız söyüşlər dilə gətiriblər.
Ətraflı oxu »20 Yanvar faciəsindən 28 il ötür
GADTB: Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 28-ci ildönümüdür. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına …
Ətraflı oxu »Türkiyə kürd terrorçularının toplaşdığı əraziləri bombalayır
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində terrorçu YPG mövqelərini top atışları ilə bombalamağa başlayıb. Həmçinin terrorçuların toplaşdığı ərazilər təyyarələrdən bombarduman edilib.
Ətraflı oxu »
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi