Şənbə , Mart 15 2025
azfa

Avropa Birliyi İranın nüvə proqramı ilə bağlı bəyanat yaydı

GADTB: Avropa Birliyi İranda uranın sürətli və yüksək saflıqda zənginləşdirmənin davam etdirilməsindən ciddi narahatdır və İslam Respublikasının nüvə silahı əldə etmək ehtimalına qarşıdır.

Bu barədə Avropa Birliyinin Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəliyinin bəyanatında deyilib.

Bəyanatda Avropa Birliyi bu məsələni beynəlxalq təhlükəsizlik sahəsində əsas prioritet adlandırıb və bütün ölkələrdən BMT Təhlükəsizlik Şurasının Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) nəzarət edən 2231 saylı qətnaməsinin icrasına, o cümlədən MAQATE-nin İranın nüvə fəaliyyətlərinin monitorinqi üçün şərtlərin yüngülləşdirilməsinə dəstək vermələrini xahiş edib.

Bununla yanaşı bəyanatda İranın JCPOA öhdəliklərinə qayıtmaq üçün lazımi qərarların qəbul edilməsində süründürməçiliyi təəssüflə qarşılanıb və Tehranın son 5 ildə nüvə fəaliyyətləri sahəsində davamlı irəliləyişləri ciddi narahatlıq kimi qiymətləndirilib.

Avropa Birliyi diplomatik həll yoluna sadiq qaldığını vurğulamaqla yanaşı, İranın nüvə fəaliyyətlərinin genişlənməsinin regionda nüvə silahı böhranı yaratma riskini artıracağı ilə bağlı xəbərdarlıq edib.

“Uranın zənginləşdirilməsinin sürətinin və saflığının İranda əhəmiyyətli dərəcədə artması və onun toplanmasına İslam Respublikasının JCPOA öhdəliklərindən ciddi şəkildə uzaqlaşdığına işarədir və bu dərin narahatlığa səbəb olur”,- bəyanatda vurğulanıb.

Həmçinin yoxlayın

BMT: “İran hökuməti qadınları, milli azlıqları və müxalifəti sıxışdırmağa davam edir”

GADTB: Dünən BMT-nin Faktaraşdırıcı Komitəsini hesabatında bildirib ki, İran rəsmiləri ölkədə sistemli şəkildə insan hüquqlarını …

Güney Azərbaycanda 3000 illik tarixi kitabə dağılmaq üzrədir

GADTB: Güney Azərbaycanın Əhər bölgəsinin Şüşə kəndində 3000 illik tarixi kitabə İranın Mədəni İrs İdarəsinin …