Şənbə , İyul 11 2026
azfa

Avropa İttifaqı türk yurdu Krımın Rusiya tərəfindən ilhaqına görə tətbiq etdiyi sanksiyaların müddətini uzadıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqı Şurası türk yurdu Krım və Sevastopolun Rusiya tərəfindən ilhaqı ilə əlaqədar tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzadıb. 

Brüsselin sanksiyaları Avropa İttifaqı vətəndaşları və şirkətlərinin Krımdan mal idxal etməsini, yarımadaya investisiya yatırmasını, turizm xidmətləri göstərilməsini, Krıma nəqliyyat, telekommunikasiya və energetika avadanlıqları, o cümlədən neft, qaz, faydalı qazıntıların hasilatı və emalı ilə bağlı texnologiyaların ixracını qadağan edir. Texniki yardım, vasitəçi xidmətləri, tikinti-mühəndislik xidmətləri də qadağandır.

Xatırladaq ki, 2014-cü ilin martında Ukraynanın qədim türk yurdu Krım Muxtar Respublikasının Rusiya tərəfindən ilhaqından sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

 

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …

Bir cavab yazın