Azərbaycan Türkiyədən müasir hərbi texnika alacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə deyib ki, Azərbaycan Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlıq alacaq.

Bu ayın əvvəlində Azərbaycan Ordusunda keçirilmiş genişmiqyaslı komanda-qərargah təlimlərinin nəticələri barədə danışan Müdafiə naziri döyüş hazırlığı tədbirlərində ən müasir idarəetmə üsullarından istifadənin əhəmiyyətini qeyd edib.

Nazir bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin döyüş təcrübəsini öyrənərək ordumuzun hazırlıq planına daxil edilməsi, ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, Türkiyə istehsalı olan müasir silah, hərbi texnika və avadanlığın alınması bundan sonra da davam etdiriləcək.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Saman Bidar girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Azərbaucanlı milli fəal Təbriz zindanından girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …

Bir cavab yazın