Çərşənbə , Fevral 11 2026
azfa

Azərbaycanla Türkiyə arasında hərbi ittifaq qurulur

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər.

Sonda Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının yekunlarına dair protokol imzalanıb.

Həmçinin yoxlayın

Azərbaycan və ABŞ nüvə əməkdaşlığını dərinləşdirir

GADTB: Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər. Bu, Azərbaycan Respublikası …

Molla rejimi İsfahanda nüvə obyektində tunel girişlərini tam örtür

GADTB: Nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində nüfuzlu beynəlxalq beyin mərkəzi olan “Elm və Beynəlxalq …

Bir cavab yazın