Cümə axşamı , Aprel 15 2021
azfa

Azərbaycanlı fəal Əli Xeyrcu rejimin təhlükəsizlik idarəsinə çağrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Əli Xeyrcu irqçi fars rejimin təhlükəsizlik idarəsinə çağrılıb.

Bu barədə azərbaycanlı fəal özünün “İnstagram” səhifəsində etdiyi paylaşımda məlumat verib. O yazıb ki, Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin 10-cu istintaq şöbəsi tərəfindən bildiriş alıb.

Çağırış vərəqəsində Əli Xeyrcunun 5 gün ərzində izahat vermək üçün vəkillə bərabər Ərdəbildə yerləşən təhlükəsizlik idarəsinə müraciə etməsi istənilib.

Bu çağırış rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsinin ilkin məhkəmənin Əli Xeyrcuya qarşı çıxardığı qərarına “kifayət qədər hüquqi əsasları olmadığı” barədə rəy verdiyi, milıli-mədəni fəalın istintaq nümayəndəsinin qanunsuz və telefon vasitəsilə çağırışlarına əməl etmədiyi bir vaxtda baş verib.

Qeyd edək ki, Azərbaycan ordusuna dəstək aksiyası ilə bağlı təhlükəsizlik məmurları tərəfindən öz evlərində tutuqlanan Əli xeyrcu və Meysəm Colanini keçən ilin dekabr ayında rejimin Ərdəbildəki II Cinayət Məhkəməsinin 110-cu şöbəsi “Hay-küy və qarışıqlıq salmaqla ictimai asayişi pozmaq” ittihamı ilə hər birini 4 ay həbs və 20 qamçı cəzasına məhküm etmişdi.

Azərbaycanlı fəallara həbsindən sonra daha iki ittiham irəli sürülmüş və baxılması üçün İnqilab Məhkəməsinə göndərilmişdi.

Qeyd edək ki, hər iki fəal Güney Azərbaycan şəhərlərində Ermənistanın Qarabağda işğalçılıq siyasətinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə İran rejimi tərəfindən həbs olunmuşdular.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası Özbəkistanın Paxtakor komandası ilə yarışıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Asiya Çempionlar Liqasının qrup mərhələsində Güney Azərbaycanın Traxtur …

Rejimin məmurlarının təzyiqinə məruz qalan Yusif Karini zindanda özbölməsinə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprılin 14-də axşam saatlarında azərbaycanlı siyasi məhbus Yusif …