Cümə , Sentyabr 25 2026
azfa

İran PKK/PJAK terror qruplaşmasından Azərbaycana qarşı istifadə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi PKK/PJAK terror qruplaşmasından istifadə etməklə Azərbaycana qarşı fitnəkarlıq etməkdədir.

Fevral ayının 26-da Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi mətbuat konfransına terrorizmi maliyələşdirən İran rejimi PKK/PJAK terror təşkilatının tərəfdarı olan öz müxbirini göndərib.

İran rejimi terror təşkilatı tərəfdarı olan öz müxbiri vasitəsilə Azərbaycana qarşı Ermənistanın Azərbaycana qarşı yalan iddialarını səsləndirib.

İran rejiminin göndərdiyi PKK/PJAK tərəfdarı müxbir Zəhra Mirzəfərcuyan Prezident İlham Əliyevdən təxribat xarakterli sualla soruşaraq iddia edib ki, terrorçuların II Qarabağ münaqişəsində Azərbaycan tərəfdən döyüşüb.

İranın göndərdiyi müxbirin sosial şəbəkələrdəki profilindən də göründüyü kimi, o PKK/PJAK terror təşkilatının tərəfdarıdır və profilində də həmin terror təşkilatının simvolundan istifadə edib.

İran bu vasitə ilə İran-Ermənistan-PKK terror qruplaşması üçbucağı ilə Azərbaycana qarşı dayandıqlarını açıq şəkildə nümayiş etdirib.

Həmçinin yoxlayın

Ermənistan prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğuladı

GADTB: Ermənistan prezidenti TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) açılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, Azərbaycanla Ermənistan …

Britaniya molla rejimə düşmənçilik fəaliyyətlərinə görə xəbərdarlıq etdi

GADTB: Britaniyanın xarici işlər naziri Devid Lammi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdə …