Azərbaycanlı fəal Rza Vasiqi istintaq idarəsinə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim elektron çağırış sistemi vasitəsilə azərbaycanlı milli fəal Rza vasiqini rejimin irəli sürdüyü saxta ittihamlarla bağlı məhkəməyə çağırıb.

Fəal 5 gün sonra “dövlət məmuruna tabe olmamaq” ittihamı ilə əlaqədar rejimin Ərdəbildə yerləşən İnqilab və Ümumi Məhkəməsində mühakimə etməlidir.

Qeyd edək ki, Rza Vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə iyunun 10-da öz iş yerlərində rejimin məmurları tərəfindən vəhşicəsinə döyülərək yaxalanmışdır. Fəalların hər biri daha sonra 110 milyon riallıq vəsiqə qarşılığında zaminə buraxılıblar.

Azərbaycanlı fəallar zaminə buraxılandan sonra onların işgəncə edildiyi məlum oldu və işgəncə izlərinin şəkilləri də yayıldı.

Azərbaycanlı fəallar həmçinin şərlənərək “Milli məzmunda vərəqələr paylamaqla ölkənin təhlükəsizliyinə qəsd”də ittiham edilərək, avqustun 10-da rejimin Ərdəbildə yerləşən məhkəməsində mühakimə ediləcəklər.

Həmçinin yoxlayın

Sayın Mikayıl bəy Oyta rəsmi dəvətlə 11-ci ICMG Qonşuluq İftarında iştirak edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi …

ABŞ molla rejimin himayə etdiyi Yəmən husilərini bombalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı …

Bir cavab yazın