Şənbə , İyul 13 2024
azfa

Azərbaycanlı fəal Səccad Şəhiri 6 ay həbs cəzasına məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz (Nəğədə) şəhərində yaşayan türk fəal Səccad Şəhiri 6 aylıq həbs cəzasına məhkum edilib.

Səccad Şəhiri rejimin Sulduzda yerləşən ikinci cinayət məhkəməsinin 103-cü şöbəsi tərəfindən həbsə məhkum edilib.

Rejimi Sulduzlu milli fəalı şərləyərək “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə günahlandırılaraq, ona “separatçı təşkilata üzv olmaq” ittihamından bəraət verib.

Fəal daha əvvəl Təbrizin İnqilab Məhkəməsinin 16-cı şöbəsi tərəfindən “Sistemə qarşı təbliğat aparmaq” və “separatist GAMAC təşkilatına üzv olmaq” ittihamları ilə qarşılaşmışdı. Ancaq daha sonra türk fəalın dosyesinin Sulduzun ikinci Cəza Məhkəməsinə göndərilərək, həmin məhkəmə tərəfindən separatist təşkilata üzv olmaq ittihamından bəraət aldığı, digər ittihamdan isə 6 ay həbsə məhkum edildiyi haqda məlumat verilib.

Sulduzun ikinci cinayət məhkəməsinin 103-cü şöbəsinin sədri, hakim Əmir Kiyumərsi tərəfindən verilən hökmə görə, Şəhiri İranın İslam Cinayət Məcəlləsinin 18 və 19 və 500-cü maddələrinə əsasən “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə 6-cı dərəcədə 6 ay həbs cəzasına məhkum edilib.

Səccad Şəhiri yanvar ayının 16-da ETTELAAT məmurları tərəfindən həbs edilmişdi.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …

Bir cavab yazın