Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycanlı fəal Səid Təqipur Tehranda Polis İdarəsinə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı fəal Səid Təqipuru Tehranda Polis İdarəsinə çağırıb.

Tehran sakini olan azərbaycanlı fəal bununla bağlı İnstagram səhifəsində məlumat paylaşaraq yazıb: Tehran polisindən əlaqə saxlayaraq oraya müraciət etməyimi tələb etdilər. Səhər saat 9-da müraciət etdim. Sorğu-sual və hədə-qorxudan sonra mənim Böyük Tehranın Təhlükəsizlik Polisinin komandanına müraciət etməyimi tələb etdilər.

Qeyd olunan mərkəzə müraciət edib və telefonla çağrılmamın, eləcə də sorğu-suala tutulmağımın səbəbini soruşub və tələb etdim ki, məni çağırmaq üçüb qanuni şəkildə məhkəmə qərar göndərilsin.

Fəal həmçinin yazıb ki, polis idarəsində ona guya nəsihət ediblər ki, öz hərəkətlərimə və qələmimə diqqətli olum, yoxsa bəraət verilməyəcək.

Qeyd edək ki, azərbaycanlı fəal  Səid Təqipur 2019-cu il noyabr etirazları zamanı da polisə çağrılmış, lakin ona qarşı heç bir fakt toplaya bilmədikləri üçün ona bəraət vermişdilər.

Həmçinin yoxlayın

Trampa İrana qarşı mümkün hərbi əməliyyatların yeni variantları edilir

GADTB: Axios xəbər verir, ABŞ prezidenti Donald Tramp bu gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı …

Marağalı şair Barişmaz təxəllüslü Heydər Abbasi vəfat edib

GADTB: Azərbaycanlı şair Heydər Abbasi (Barişmaz) 83 yaşında Marağa şəhərində vəfat edib. Məlumata görə, 1322-ci …