Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Tanınmış azərbaycanlı fəal İbrahim Rəşidi (Savalan) məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Xiyovdakı məhkəməsi tanınmış azərbaycanlı fəal İbrahim Rəşidini (Savalan) məhkəməyə çağırıb.

Azərbaycanlı fəal bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşıb.

O yazıb ki, fevral ayının 4-də Meşgində (Xiyov) polis idarəsindən onunla əlaqə saxlayıb və Süngün misi barədə Kermanla Azərbaycan deputatları arasında mücadilə məsələsi ilə bağlı yazdığım yazıya görə izahat istəyiblər.

Azərbaycanlı fəal isə ayın 5-də istənilən mərkəzə müraciət edib və sorğu-suala tutulub. O bu barədə həmçinin yazıb:

“Polis İdarəsinə müraciət etdim. Dosyeyə baxan məsul şəxs həmin yazını yazmaqda məqsədimlə bağlı suallar soruşdu və dedi ki, göstəriş verilib səni dosye ilə birgə məhkəməyə təhvil verək.”

Azərbaycanlı fəal bildirib ki, Meşgində Prokurorluğun ikinci şöbəsinə təhvil veriləndən sonra müstəntiq olmadığı üçün iclas təxirə salındı:

“Çox ehtimal ki, növbəti iclasda ittiham irəli sürüləcək. Ya bəraət veriləcək və ya məhkəməyə qədər zaminə buraxılmaq üçün zindana salınacağam.

Qeyd edək ki, İbrahim Rəşidi (Savalan) milli-mədəni fəaliyyətləri ilə bağlı dəfələrlə təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …