Cümə axşamı , Fevral 12 2026
azfa

Azərbaycanlı fəallar zaminə buraxılan Vasiqi qardaşlarını ziyarət ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı milli-mədəni fəallar keçən gecə Əli və Rza Vasiqi qardaşlarının evlərində gedərək, zaminə buraxılmaları münasibətilə onları ziyarət ediblər.

Qeyd edək ki, irqçi fars rejimin məmurları iyunun 10-da Vasiqi qardaşlarının iş yerinə hücum edərək, məhkəmə hökmünü göstərmədən onları döyərək həbs etmişdilər.

Rejimin məmurlar elə vəhşiliklə azərbaycanlı qardaşlara qarşı hücuma keçmişdilər ki, qonşular və ətrafda olan mağaza sahibləri də müdaxilə etmək məcburiyyətində qalmışdılar. Daha sonra isə rejimin təhlükəsizlik qüvvələrinin çağırışı ilə Ərdəbilin Qiyam dairəsində yaranan izdihamı dağıtmaq və qardaşları həbs etmək üçün hadisə yerinə 4 maşından ibarət əlavə qüvvə yeridilib.

Rejim Vasiqi qardaşlarının hər birini iyunun 16-da 110 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxıb.

Həmin azərbaycanlı fəallar döyülmə və işgəncə nəticəsində bədən xəsarəti alıblar və həmin bədən xəsarətinin şəkilləri də yayılıb.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın