Bazar , Sentyabr 26 2021
azfa

Azərbaycanlı millət vəkili rejimin nazirlərini Urmiya gölünü qurutmaqda günahlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz, Tufarqan və Üskünün rejimin məclisindəki millət vəkili Şəhabəddin Bimiqdar rejimin Kənd Təsərrüfatı və Energetika Nazirliklərini Urmiya gölündən normadan artıq su götürməkdə ittiham edib.

Bimiqdar Urmiya Gölünü Bərpası Mərkəzinin, Urmiya Gölü Fraksiyasına təqdim etdiyi hesabatı xatırladaraq bildirib ki, “dövlət Urmiya gölündən təyin olunmuş miqdardan daha çox su götürməyi qadağan edib, bu qanun Həsən Ruhani və müavini İshaq Cahangirinin imzası ilə Kənd Təsərrüfatı və Energetika nazirlərinə elan olunub. Buna baxmayaraq ətrafdakı əkin sahəsi və bağlara 21 min 600 hektar sahə əlavə olunub. Bu o deməkdir ki, kənd təsərrüfatında əlavə 210-250 milyon kubmetr su istifadə olunur. Biz bu vəziyyətdə Urmiya gölünü necə qurtara bilərik?!.”

O həmçinin deyib ki, yeni bağlar və əkin sahəsi dövlətin ixtiyarında olan boş ərazidə salınıb. Bu, çox təəccübləndiricidir. Kənd Təssərrüfatı Nazirliyi necə buna icazə verib?! İndi oralarda yay məhsulları əkilir və bütün bunlar Urmiya gölündə suyun azalmasına səbəb olur. Urmiya gölünün quruması 14 milyon insanın həyatının təhlükə altına düşməsi deməkdir. Göl quruduqdan sonra ərazidən qalxan qum və duz fırtınaları Azərbaycan Respublikasına belə təsir göstərəcək. Şübhəsiz ki, bu göl quruyacağı təqdirdə Azərbaycan, Təbriz, Zəncan və s. daha olmayacaq. Hətta Tehran belə bu böhrandan öz payını alacaq.

Qeyd edək ki, işğalçı və irqçi fars rejim Azərbaycanla düşmənçilik məqsədilə Urmiya gölünü qurudub. Azərbaycan türk millətinin kütləvi etirazlarından sonra gölün bərpasına söz verən rejim, öz vədlərinə əməl etmir.

 

Həmçinin yoxlayın

Türk ölkələrinin Xarici işlər nazirləri sabah İstanbulda toplaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Ölkələrinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici işlər …

PKK terror təşkilatına ağır zərbə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin Sincar rayonunda 51 PKK üzvü …

Bir cavab yazın