Bazar ertəsi , May 25 2026
azfa

Azərbaycanlı milli fəal İbrahim Mühacir girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə yaşayan azəerbaycanlı milli-mədəni fəal İbrahim Mühacir yanvarın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Bir həftə həbsdə olan İbrahim Mühacir 500 milyon rial girov qoymaqla Təbrizdə rejimin Mərkəzi zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

Qeyd edək ki, İbrahim Mühacir Təbrizin Vadi Rəhmət qəbiristanlığında keçirilən şəhid Aylar Həqqinin 40 mərasimi zamanı rejimin məmurları tərəfindən həbs edilmişdir.

Molla rejimi şəhid Aylar Həqqinin 40 mərasiminə gələn azərbaycanlılardan ən azı 10 nəfəri həbs etmişdi.

Həmçinin yoxlayın

Tramp: İranla razılıq əldə etsəm, bu, Obama dövründəki kimi deyil, real və güclü razılaşma olacaq

GADTB: Donald Tramp İranla mümkün razılaşmanın əvvəlki nüvə sazişlərindən tamamilə fərqli olacağını bildirib və belə …

ABŞ və İran ilkin sülh sazişi bağlamağa yaxı olsa da, detallar qeyri-müəyyən olaraq qalır

GADTB: Tramp ABŞ və İranın saziş barədə “əsasən razılığa gəldiklərini” bəyan edib, baxmayaraq ki, Amerika …