Cümə , Oktyabr 16 2026
azfa

Rubio: ABŞ–İran münaqişəsi ilə bağlı yaxın saatlarda “yaxşı xəbər” ola bilər

GADTB: ABŞ–İran münaqişəsi ilə bağlı yaxın saatlarda mühüm açıqlama verilə bilər və bu, “yaxşı xəbər” ola bilər.

“Hindustan Times” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Hindistanda jurnalistlərə açıqlamasında bildirib.

“Ola bilsin, növbəti bir neçə saat ərzində dünya yaxşı xəbər eşidəcək. Formalaşmaqda olan razılaşma Iranla bağlı ABŞ-ın əsas narahatlıqlarını, xüsusilə Hörmüz boğazı məsələsini əhatə edir”, – deyə ABŞ dövlət katibi qeyd edib.

Qeyd edək ki ABŞ Prezidenti Donald Trumpın bundan öncə sosial şəbəkə paylaşımında ABŞ və İran arasında 60 günlük atəşkəsin uzadılmasına yaxın olunduğunu, razılaşma çərçivəsində Hörmüz boğazının yenidən açılacağını bildirmişdi.

“Axios” isə ABŞ və İran arasında memorandum layihəsinin detallarını açıqlayıb.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …