Çərşənbə axşamı , May 26 2026
azfa

Azərbaycanlı milli fəal Meysəm Şirini vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi azərbaycanlı milli fəal Meysəm Şirinini vəsiqə qarşılığında zaminə buraxıb.

Azərbaycanlı milli fəal və idmançı Meysəm Şirini dekabrın 1-də 500 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal 16 noyabrda Urmiya şəhərində molla rejiminin məmurları tərəfindən döyülərək yaxalanıb.

Şirini rejimin ETTELAAT İdarəsinin təcridxanasında dindirildikdən sonra Urmiyada rejimin zindanına aparılmışdır.

Həmçinin yoxlayın

Trampın terrorçu İran rejimini xilas etdiyi söylənilir

GADTB: Trampın razılaşmasının İranın molla rejimini qurtarma xarakteri daşıdığı bildirilir. Bununla bağlı “The Wall Street …

Molla rejimi azərbaycanlı idman çempionunu edam etdi

GADTB: Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verib ki, Ərdəbil sakini MMA idmançısı …