Cümə axşamı , Aprel 30 2026
azfa

Azərbaycanlı milli fəalın Vəhid Əbhəri Apellyasiya Məhkəməsinə çağrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbayvanlı milli-mədəni fəal Vəhid Əbhərinin məhkəmə işi İranın Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinə göndərilib. Azərbaycanlı fəal barədə verilən qərara burada yenidən baxılacaq.

Vəhid Əbhəri bundan öncə rejimin Təbrizdəki ikinci Cinayət Məhkəməsinin 111-ci şöbəsinin hakimi Rza Füruğinin sədrliyi ilə mühakimə edilmişdi. Fəala 3 ay həbs və 2 milyon 100 min tümən cərimə cəzası qərarı çıxarılmışdı.

Məhkəmə həmçinin Vəhid Əbhərinin təcridxanada saxlanılması günlərinin həbs müddətindən azaldılması və qalan cəzasının iki ayının 2 il müddətinə gecikdirilməsi barədə qərar qəbul etmişdi.

Vəhid Əbhəri şərlənərək “Kiber məkanda komunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittiham edilmişdi və həmin qərar da bu ittihama görə verilmişdi.

Qeyd edək ki, Vəhid Əbhəri iyulun 24-də Təbrizdə əl-Əhvaz etirazlarına keçirilən dəstək mitinqi ilə bağlı yaxalanmışdı.

Vəhid Əbhəri 2016-cı ildə mədəni fəaliyytlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq 5 gün dindirildikdən sonra sərbəst buraxılmışdı.

O, 2017 və 2018-ci illərdə Babək Qalası Qurultayında iştirak etdiyi və 2019-cu ildə Qulamrza Amaninin anım mərasiminə qatıldığı üçün də yaxalanmışdı.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …