Bazar , Fevral 25 2024
azfa

Azərbaycanlı öyrənci məhbusun səs yazısı yayıldı: “4 gündür aclıq aksiyası keçirirəm”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərindən olan azərbaycanlı öyrənci məhbusun səs yazısı yayılıb.

Təbrizdə “Şəhid Mədəni” Universitetinin öyrəncisi olan və siyasi baxışlarına görə qovulmuş öyrəncisi Armita Pavir noyabrın 6-da Təbrizdə rejimin zindanında qeydə alına səs yazısında ailəsi ilə telefon danışığında həmin zindanın rəhbərliyinin ona qarşı qanunsuz davranışına görə açlıq aksiyasına başladığını deyib.

Sentyabrın 21-də həbs edilən Armita Pavirin həmin səs yazısında aclıq aksiyasının dördüncü gününə keçiyi məlum olur.

Qeyd edək ki, azərbaycanlı öyrənci göyərtəsində 176 sərnişin olan Ukrayna mülki təyyarəsinin 2020-ci il yanvarın 3-də Tehran səmasında SEPAH tərəfindən raketlə vurulmasına etiraz etdiyinə görə, bir il müddətinə təhsildən məhrum edilmişdi. O daha sonra keçən ilin etirazları zamanı da həbs edilərək işgəncələrə məruz qalıb.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …