Bazar ertəsi , Yanvar 24 2022
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi Tehran zindanında dindirilərək təhdid edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları azərbaycanlı siyasi məhbus Əlirza Fərşini Tehran Fəşafuyə zindanında dindirərək, təhdid ediblər.

Azərbaycanlı siyasi məhbusun açıq məktub, müraciət və səs yazılarının yayılması ona qarşı yeni təzyiqlərin artmasına və hədələnməsinə səbəb olub.

Rejimin ETTELAAT məmurları Əlirza Fərşini hədələyərək bildiriblər ki, hər hansı məktub, müraciət və səs yazısının zindandan kənarda yayıldığı təqdirdə ağır nəticələrini görəcək.

Əlirza Fərşi fevralın 15-də göndərdiyi bir səs yazısında bildirmişdi ki, Tehran Məhkəməsinin 3-cü istintaq bölməsində “Milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamları ilə onlayn şəkildə mühakimə edilib. O məhkəmə iclası və prosesi qanunsuz olduğu üçün öz etirazını bildirmişdi.

Qeyd edilib ki, Əlirza Fərşi 2014-cü ildə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunub. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilib.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …