Şənbə , Fevral 24 2024
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisani barədə 8 il həbs və 2 il sürgün cəzası qüvvədə saxlanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məhkəmədə qanun pozuntularına rəğmən yenidən azərbaycanlı siyasi məhbus Abbas Lisani barədə 8 il həbs və 2 il sürgün cəzası qüvvədə saxlanılıb.

Ali Məhkəmə rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsində Abbas Lisani barədə çıxardığı hökmü ləğv etsə də, birinci instansiya məhkəməsinin ona qarşı 8 il həbs və Yəzd şəhərinə 2 il sürgün qərarı qüvvədə saxlayıb.

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə məhkəmənin elektron sistemi vasitəsilə göndərilən bildirişdə Ali Məhkəmənin birinci şöbəsi Seyid Məhəmmədrza Fəqihinin (vəkilinin) tələbi ilə işə yenidən baxıb və birinci instansiya məhkəməsi tərəfindən çıxarılan 8 il həbs və 2 il Yəzdə sürgün cəzasının qüvvədə saxlanıldığı yazılıb.

Seyid Əhməd Mürtəzəvi Müqəddəmin və onun müavini Seyid Əbülhəsən Haşimi İmamzadənin sədrlik etdikləri İranın Ali Məhkəməsinin birinci şöbəsisnin Ərdəbil İnqilab Məhkəməsinin birinci şöbəsində olduğu kimi Abbas Lisaninin yaratdığı iddia edilən naməlum təşkilatın adını çəkməkdən yayınıb və “milli təhlükəsizliyi pozmaq məqsədi ilə qrup və cəmiyyət yaratmaq və idarə etmək” ittihamı ilə kifayətlənib.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …