Bazar , Oktyabr 18 2026
azfa

Güney Azərbaycanın Urmiya şəhərində atışma ilə bağlı 6 nəfər yaxalanıb

GADTB: Güney Azərbaycanın Urmiya şəhərində iki qrup arasında silahlı qarşıdurma yaşanıb. Azərbaycanlı fəalların yaydığı məlumatda bildirilir ki, atışma kürd narkotik qqaçaqmalçıları arasında baş verib. Lakin İran rejimi həmişə olduğu kimi kerdlərin qanunsuz əməllərinə gizlətməyə çalışır.

Bu barədə Qərbi Azərbaycan vilayətinin polis idarəsinin rəsmisi polkovnik Sadiq Şəkəri İRNA-ya açıqlamasında deyib: “Urmiyanın Azadeqan küçəsində ailələrarası münaqişə zəminində baş verən silahlı insidenti törədən 4 nəfər müəyyən edilərək həbs edilib. Polis əməliyyatı zamanı iki maşın və bir “Kalaşnikov” silahı da ələ keçirilib”.

Günün günorta çağı baş verən silahlı insident zamanı “Pejo” markalı avtomobilin sərnişinləri “Kalaşnikov” silahı ilə “Toyota Prado” markalı avtomobilin sərnişinlərinə atəş açmağa başlayıblar. Polisin məsələyə müdaxiləsindən sonra tərəflər tutulublar. Hadisənin təfərrüatları barədə hələlik heç bir rəsmi məlumat verilmir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …