Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycan Ermənistanın sürətlə silahlandığını bildirir

GADTB: İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsini minnətdarlıq hissi ilə vurğulayıram.

Bu sözləri barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanada Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu danışıqların yekunlaşmasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, 2024-cü ilin mayında Qazaxıstan tərəfinin Azərbaycan ilə Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməsi bu ölkənin sülh prosesinə verdiyi önəmin göstəricisidir.

“Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində böyük məsafənin qət edilməsinə baxmayaraq, Ermənistan konstitusiyası çərçivəsində hələ də Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu, bu ölkənin sürətlə silahlanması və revanşizmə meyillənməsi sülh prosesinə ən böyük maneə olaraq qaldığını bir daha qeyd etmək istərdim”,- deyə nazir vurğulayıb.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …