Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycanlı idmaçı Elnaz Rekabi xaricə sığınıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Zəncan bölgəsindən olan tanınmış azərbaycanlı idmaçı Elnaz Rekabi xaricə mühacirət edib.

Elnaz Rekabinin qardaşı Davud Rekabi bazar ertəsi İnstaqram səhifəsində bacısına müraciət edərək “Harda olursan ol, torpaq sənin evindir, bacım, get və parla!” sözlərini yazıb.

Elnaz Rekabinin uğurları arasında daxili və beynəlxalq yarışlardan bir neçə dünya titulları, o cümlədən 2017-ci ildə qadınlar arasında Bouldering Asiya Kubokunda qızıl medal var.

Rekabinin adı Güney Koreyada keçirilən qayayadırmanma üzrə Asiya çempionatının finalında hicabsız görünməsindən sonra gündəmə gəlib.

Elnaz Rekabi 2022-ci ildə Seul beynəxalq qayayadırmanma yarışında iştirak edərkən, Məhsa Əmininin qətlinə etiraz etmək məqsədilə hicabını çıxarıb.

Daha sonra idmançı İranın Seuldakı səfirliyi onu oğurlayaraq SEPAH-ın Kəşfiyyat Təşkilatına təhvil verilib.

Azərbaycanlı idmançı daha əvvəl 2023-cü ilin martında İspaniyada keçiriləcək beynəlxalq yarışlarda iştirak etmək üçün ölkəni tərk etməyi planlaşdırmışdı, lakin onun ölkədən çıxışına icazə verilməmiş və pasportunun əlindən alındığı barədə məlumat verilmişdi.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …