Cümə , Oktyabr 16 2026
azfa

İrqçi farslar Şərqi Azərbaycan valisinə hücuma keçdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi farslar və paniranistlər Şərqi Azərbaycan valisi Bəhram Sərməstə hücuma keçiblər. Buna səbəb isə onun Azərbaycanın İranla əlaqəsinin fars dili ilə deyil, məzhəblə  bağlı olduğunu deməsi olub.

Bazar günü axşam Tehranın Mütəfəkkirlər Evində “Milli Həmrəylik və Konstitusiyanın 15-ci maddəsi” konfransı keçirilib.

Konfransda Etnik, Dini və Məzhəb Məsələləri üzrə Şuranın rəhbəri, İranın keçmiş kəşfiyyat naziri Seyid Mahmud Ələvi də iştirak edib.

Həmin konfransda Şərqi Azərbaycanın valisi Bəhram Sərməst Konstitusiyanın 15-ci maddəsinin icra zərurəti və qeyri-farsdillilərin öz ana dilində təhsil almasına çağırış edib.

Bəhram Sərməst deyib: “Biz ortaq məxrəc üzərində düşünməliyik və bu ondan ibarətdir ki, dilin birliyinə zəmanət verilir, etnik və yerli dillərin tədrisi pulsuz olur. Mən bu məsələni 1991-ci ildən araşdırıram və o zaman proqnozlaşdırmışdım ki, biz mədəni pluralizmlə üz-üzəyik və əgər hökumət bunları qəbul etməsə, burdan təhlükəli separatizm yaranacaq. Azərbaycanı İranla dil yox, din bağlayır. 15-ci maddənin potensialından istifadə etmək lazımdır, bu maddənin separatizmi təşviq etmək üçün istifadə edildiyini söyləmək yox”.

Bu mövqe isə irqçi farsları və paniranistləri özündən çıxarıb. Onları valini tənqid atəşinə tutublar.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …